satellite   Azerspace-1: 11135 H 30000

Banqkoka uçan təyyarə Bakıda məcburi eniş edib

Banqkoka uçan təyyarə Bakıda məcburi eniş edib

"Finnair" aviaşirkətinin Banqkok–Helsinki marşrutu üzrə uçuşunu həyata keçirən "Airbus A350" tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi enişlə bağlı sorğu ünvanlayıb.

Bu barədə NTV-yə AZAL-dan bildirilib.

Qeyd edilib ki, buna səbəb uçuş zamanı göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış qəfil problem olub.

"Ekipaj tərəfindən operativ qərar qəbul edilərək, reys Bakı üzərinə yönləndirilib və təyyarə yerli vaxtla 19:44-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Tibbi xidmət tərəfindən sərnişinə dərhal ilkin tibbi yardım göstərilib və onun vəziyyəti ilə bağlı müvafiq tibbi prosedurlar hazırda davam etdirilir.

Heydər Əliyev Beynəlxalq Aeroportu bütün reyslər üzrə uçuşların təhlükəsizliyini və sərnişinlərin rifahını təmin etmək məqsədilə beynəlxalq tələblərə uyğun şəkildə operativ koordinasiya işlərini həyata keçirməyə davam edir", - məlumatda bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM