satellite   Azerspace-1: 11135 H 30000

Dövlət qulluğunda motivasiya mövzusunda vebinar keçirilib - FOTOLAR

Dövlət qulluğunda motivasiya mövzusunda vebinar keçirilib<font color=red> - FOTOLAR</font> Dövlət qulluğunda motivasiya mövzusunda vebinar keçirilib<font color=red> - FOTOLAR</font> Dövlət qulluğunda motivasiya mövzusunda vebinar keçirilib<font color=red> - FOTOLAR</font> Dövlət qulluğunda motivasiya mövzusunda vebinar keçirilib<font color=red> - FOTOLAR</font> Dövlət qulluğunda motivasiya mövzusunda vebinar keçirilib<font color=red> - FOTOLAR</font>

NTV xəbər verirn ki, Noyabrın 19-da Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə “Dövlət qulluğunda motivasiya” mövzusunda vebinar keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının müxtəlif dövlət qurumlarını təmsil edən 38 nümayəndə iştirak edib.

Vebinarın təlimçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Esmira Osmanova dövlət qulluğunda motivasiya mexanizmləri, insan davranışının psixoloji əsasları, Maslow-un ehtiyaclar iyerarxiyası, özünəhörmət və dəyərlər sisteminin idarəçilikdə rolundan bəhs edib.

Təlimin gedişi boyunca suallar cavablandırılıb və vebinar qarşılıqlı diskusiya şəraitində davam edib. İştirakçılar real iş təcrübələrinə əsaslanan situasiyaları müzakirə edərək, dövlət qulluğunda motivasiyanın artırılması, təşkilati mühitin insan davranışına təsiri və xidmət mədəniyyətinin psixoloji tərəfləri barədə fikir mübadiləsi aparıblar.

Sonda təşkilatçılar vurğulayıblar ki, insan resurslarının inkişafına yönəlik bu cür təlimlər idarəetmə effektivliyinin artırılmasına, motivasiya strategiyalarının təkmilləşməsinə mühüm töhfə verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM