Noyabrın 26-da Abşeron rayonu, Məmmədli–Fatmayı yolunda baş verən qəzada “Chevrolet” markalı avtomobilin sürücüsü E.Ələsgərov həyatını itirib.
Bu barədə NTV-yə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
İlkin ehtimala görə, faciəyə sürücünün sürət həddini açması və əks zolağa çıxması səbəb olub.
“Sürücülər, xahiş edirik sükan arxasında tələsməyin, risk etməyin, həyatınızı təhlükəyə atmayın. Sürət cəmi bir neçə saniyənin qənaəti, amma bir ömrün itkisi ola bilər. Yollarda məsuliyyətli olaq!”- deyə məlumatda bildirilir.
