satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda əl qumbarası və top mərmisi tapılıb - VİDEO

Naxçıvanda silah-sursat aşkarlanıb.

Bu barədə NTV-yə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda Kəngərli və Ordubad rayonları ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.

Məlumatlarla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd RQD-5 əl qumbarası və 1 ədəd UZRQ partladıcısı, 1 ədəd 85 mm-lik BR-365 top mərmisi olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.

Naxçıvanda əl qumbarası və top mərmisi tapılıb<font color=red> - VİDEO</font> Naxçıvanda əl qumbarası və top mərmisi tapılıb<font color=red> - VİDEO</font> Naxçıvanda əl qumbarası və top mərmisi tapılıb<font color=red> - VİDEO</font> Naxçıvanda əl qumbarası və top mərmisi tapılıb<font color=red> - VİDEO</font> Naxçıvanda əl qumbarası və top mərmisi tapılıb<font color=red> - VİDEO</font> Naxçıvanda əl qumbarası və top mərmisi tapılıb<font color=red> - VİDEO</font> Naxçıvanda əl qumbarası və top mərmisi tapılıb<font color=red> - VİDEO</font>

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM