satellite   Azerspace-1: 11135 H 30000

Zəngəzur Milli Parkında bəbir və iki balası görüntülənib

Zəngəzur Milli Parkında bəbir və iki balası görüntülənib

Zəngəzur Milli Parkında ana bəbir və onun iki balası görüntülənib.

NTV xəbər verir ki, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəsmi sosial hesabında Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında məskunlaşan ana bəbirlə onun iki balasının görüntüsü paylaşılıb.

Paylaşımda deyilir:

"Zəngəzur Milli Parkındakı digər ana bəbir də 2 bala böyüdür. Onun adını əməkdaşlarımız Qəmzə qoyublar. İzləyicilərimiz tez-tez yazırlar ki, niyə bu qədər materialla biz heyvanların həyatından sənədli film çəkmirik. Bildirmək istərdik ki, bizim hazırki proqramımıza populyasiyaların monitorinqi, dinamikasının izlənilməsi, vəziyyətin analizi və onun əsasında doğru qərarların verilməsi daxildir. Hazırda ərazidə 120-dən artıq kameramız çalışır və bu illər ərzində yüz minlərlə foto və video kadrımız toplanıb. Bu sahədə tədqiqat aparmaq istəyən magistr və doktorantlara dəstək olmağa hazırıq".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM