satellite   Azerspace-1: 11135 H 30000

FHN-in nümayəndə heyəti Türkiyədə səfərdə olub - FOTOLAR

FHN-in nümayəndə heyəti Türkiyədə səfərdə olub<font color=red> - FOTOLAR</font> FHN-in nümayəndə heyəti Türkiyədə səfərdə olub<font color=red> - FOTOLAR</font> FHN-in nümayəndə heyəti Türkiyədə səfərdə olub<font color=red> - FOTOLAR</font> FHN-in nümayəndə heyəti Türkiyədə səfərdə olub<font color=red> - FOTOLAR</font>

Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndə heyəti noyabrın 26-da və 27-də Türkiyə Respublikasında səfərdə olub.

Nazirliyin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, səfərin təşkil olunmasında məqsəd Türkiyə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) ilə mövcud qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması olub.

Səfər çərçivəsində AFAD-ın rəhbər şəxslərinin və mütəxəssislərinin iştirakı ilə keçirilən görüşlərdə fövqəladə hallar sahəsində milli qanunvericilik, strateji planlama, mülki müdafiə, fövqəladə halların qarşısının alınması, hazırlıq və nəticələrinin aradan qaldırılması sahəsində fikir mübadiləsi aparılıb, təqdimatlar edilib.

Həmçinin nazirliyin nümayəndə heyəti AFAD rəhbəri Əli Həmzə Pəhlivanla görüşüb. AFAD rəhbəri iki qardaş ölkənin fövqəladə hallarla mübarizə üzrə məsul qurumları arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edib, əlaqələrin daha da genişləndirilməsi üçün səylərin davam etdiriləcəyini bildirib.

Səmərəli və məhsuldar keçən görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM