satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda yanacaqdoldurma məntəqəsində kişi ürək tutmasından ölüb

Naxçıvanda yanacaqdoldurma məntəqəsində kişi ürək tutmasından ölüb

Naxçıvan şəhərində yanacaqdoldurma məntəqəsində kişi ürək tutmasından dünyasını dəyişib.

NTV-nin məlumatına görə, şəhərdə yerləşən yanacaqdoldurma məntəqələrinin birində Naxçıvan şəhər sakini, 1954-cü il təvəllüdlü Şahbazov Elbrus Səməd oğlu avtomobilinə yanacaq doldurarkən özünü pis edib.

Daha sonra onun vəfat etdiyi məlum olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, E. Şahbazovun ölümünə ürək tutması səbəb olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM