Baş Dövlət Yol Polisi İdarəsi avtomobillərin qış mövsümünə hazırlığı ilə bağlı sürücülərə çağırış edib.
Bu barədə NTV-yə İdarənin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qış fəslinin gəlişi ilə əlaqədar nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirməlidir.
“Baş Dövlət Yol Polisi İdarəsi qış ayları üçün xarakterik olan əlverişsiz hava şərtlərini nəzərə alaraq, nəqliyyat vasitələrinin sahiblərini qabaqlayıcı tədbirlər görməyə, avtomobillərini mövsümə uyğun şinlərlə təchiz etməyə, xarici işıq cihazlarının, şüşə silgəclərinin, isitmə sistemlərinin sazlığını nəzarətdə saxlamağa çağırır.
Unutmaq olmaz ki, avtomobilinizin sazlığı istənilən hava şəraitində mənzil başına rahat və təhlükəsiz çatmaq üçün ən etibarlı zəmanətidir”,-deyə məlumatda qeyd edilib.
