satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda tərəvəz istehsalı 4 % artıb

Naxçıvanda tərəvəz istehsalı 4 % artıb

Bu ilin yanvar–oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında ümumi tərəvəz istehsalı 27 min tondan çox olub.

NTV xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə 4 % artım qeydə alınıb.

Həmin dövrdə bölgədə əlavə olaraq 21 min 110 tondan çox kartof da yetişdirilib.

Muxtar respublikada əsasən kartof, soğan, pomidor, kələm, badımcan, bibər və çuğundur kimi yerli iqlim şəraitinə uyğun tərəvəz növlərinin əkini aparılır.

Qeyd edək ki, yanvar–oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının ümumi məhsul istehsalı 328 milyon manatdan artıq olub. Bu məbləğin 190 milyon manatdan çoxu isə bitkiçilik sektorunun payına düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM