satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda insanları işə düzəltmək adı ilə aldadan şəxs saxlanılıb

Naxçıvanda insanları işə düzəltmək adı ilə aldadan şəxs saxlanılıb

Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları insanları işə düzəltmək adı altında dələduzluq edərək aldatmaqda şübhəli bilinən 53 yaşlı İlqar Əliyevi saxlayıblar.

NTV xəbər verir ki, aparılan araşdırmalarla İ. Əliyevin müxtəlif şəxslərə dövlət qurumlarına və özəl sektora "işə düzəltmə" vədi verərək ümumilikdə 29 min manat pul vəsaitini ələ keçirdiyi, lakin vədlərinə əməl etmədiyi və əldə etdiyi vəsaiti mənimsədiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

İ. Əliyevin analoji əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM