satellite   Azerspace-1: 11135 H 30000

Dövlət Dəniz və Liman Agentliyində “Açıq qapı” günü keçiriləcək

Dövlət Dəniz və Liman Agentliyində “Açıq qapı” günü keçiriləcək

Dövlət Dəniz və Liman Agentliyində dənizçilərin hazırlanması və sertifikatlaşması, bilik və bacarıqlarının qiymətləndirilməsi, o cümlədən təlim-tədris fəaliyyətinin tənzimlənməsi üzrə son dövrlərdə həyata keçirilən islahatlar barədə dənizçilərin maarifləndirilməsi, onların sual və təkliflərinin yerində dinlənilərək operativ şəkildə cavablandırılması məqsədilə dekabrın 19-u saat 10:00-da agentliyin inzibati binasında “Açıq qapı” günü keçiriləcək.

Dövlət Dəniz və Liman Agentliyindən NTV-yə bildirilib ki, “Açıq qapı” günündə iştirak etmək istəyən dənizçilər müvafiq məlumatları (ad, soyad və əlaqə nömrəsi) [email protected] e-poçt ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, agentlik tərəfindən xidmətlərin göstərilməsində vətəndaş məmnunluğunun təmin olunması məqsədilə “Açıq qapı” günləri mütəmadi olaraq təşkil olunur.

Bu barədə agentliyin rəsmi veb-saytında və sosial şəbəkə hesablarında məlumat verilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM