satellite   Azerspace-1: 11135 H 30000

Ankarada Heydər Əliyevin xatirəsinə həsr olunmuş məktəb müsabiqələrinin qalibləri mükafatlandırılacaq

Ankarada Heydər Əliyevin xatirəsinə həsr olunmuş məktəb müsabiqələrinin qalibləri mükafatlandırılacaq

Ankarada Heydər Əliyev adına orta məktəbdə Azərbaycanın Ümummilli Liderinin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək.

NTV xəbər verir ki, proqram çərçivəsində Azərbaycan dövlətçiliyinin memarının xatirəsinə həsr olunmuş məktəb müsabiqələrinin qaliblərinin mükafatlandırılması planlaşdırılır.

Tədbirdə diplomatlar, Ankaranın Yenimahalle rayonunun Təhsil İdarəsinin nümayəndələri, iki qardaş ölkənin ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.

Mərasimdə dahi dövlət xadiminə həsr edilmiş film nümayiş olunacaq. Heydər Əliyev adına məktəbin şagirdlərinin iştirakı ilə musiqi proqramı planlaşdırılıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM