"Nord Star Pharma" MMC-nin Rusiyadan idxal etdiyi 10 min "Qlisin Biokor" B1 və B6 vitaminləri ilə" əmtəə nişanlı bioloji aktiv qida məhsulunun müayinəsi nəticəsində uyğunsuzluq aşkarlanıb.
Bu barədə NTV-yə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, sözügedən məhsullarda B1 vitaminin miqdarının normadan aşağı olduğu aşkarlanıb.
Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.
