satellite   Azerspace-1: 11135 H 30000

“Media savadlılığı” çərçivəsində Naxçıvanda təlimlər təşkil olunub - FOTOLAR

“Media savadlılığı” çərçivəsində Naxçıvanda təlimlər təşkil olunub<font color=red> - FOTOLAR</font> “Media savadlılığı” çərçivəsində Naxçıvanda təlimlər təşkil olunub<font color=red> - FOTOLAR</font> “Media savadlılığı” çərçivəsində Naxçıvanda təlimlər təşkil olunub<font color=red> - FOTOLAR</font> “Media savadlılığı” çərçivəsində Naxçıvanda təlimlər təşkil olunub<font color=red> - FOTOLAR</font> “Media savadlılığı” çərçivəsində Naxçıvanda təlimlər təşkil olunub<font color=red> - FOTOLAR</font> “Media savadlılığı” çərçivəsində Naxçıvanda təlimlər təşkil olunub<font color=red> - FOTOLAR</font>

"Media Savadlılığı" Həftəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında “Media savadlılığı” mövzusunda silsilə təlimlər təşkil olunub.

NTV xəbər verir ki, tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova müasir dövrdə informasiyanın etibarlılığı məsələsi xüsusi aktuallıq kəsb etdiyini deyib. Onun sözlərinə görə, media savadlılığının təşviqi etibarlı informasiya məkanının formalaşdırılması baxımından əsas istiqamətlərdən biridir.

“Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı qeyd edib ki, media savadlılığı gənclərin informasiya axınında düzgün qərarvermə bacarıqlarının formalaşdırılmasında mühüm rol oynayır və bu kimi təşəbbüslər onların rəqəmsal mühitdə daha məsuliyyətli mövqe tutmasına şərait yaradır.

Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının əməkdaşı Fatimə Yusifli isə çıxışında gənclərin media savadlılığı sahəsində biliklərinin artırılmasının onların informasiya mühitində daha fəal və məqsədyönlü iştirakına, eyni zamanda dezinformasiyaya qarşı dayanıqlılığın gücləndirilməsinə töhfə verdiyini vurğulayıb.

“Media Savadlılığı” Həftəsi çərçivəsində Naxçıvan Dövlət Universitetinin tələbələri üçün təlim də keçirilib. Təlimdə Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova mövzu ilə bağlı təqdimatla çıxış edib, iştirakçıların suallarını cavablandırıb, praktik nümunələr əsasında müzakirələr aparılıb.

Təlim zamanı Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin aparıcı mütəxəssisi Məmmədbağır Dünyamalıyev media savadlılığı, informasiya mənbələrinin etibarlılığı və rəqəmsal platformalarda yayılan məzmunun təhlili ilə bağlı fikirlərini bölüşüb.

Qeyd edək ki, keçirilən təlimlər gənclərin informasiya mühitində daha şüurlu və tənqidi yanaşma bacarıqlarının formalaşdırılmasına, eləcə də etibarlı informasiya məkanının təşviqinə töhfə vermək məqsədi daşıyır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM