satellite   Azerspace-1: 11135 H 30000

Ümummilli Liderin abidəsi və Heydər Əliyev muzeyi ziyarət olunub - FOTOLAR

Ümummilli Liderin abidəsi və Heydər Əliyev muzeyi ziyarət olunub<font color=red> - FOTOLAR</font> Ümummilli Liderin abidəsi və Heydər Əliyev muzeyi ziyarət olunub<font color=red> - FOTOLAR</font> Ümummilli Liderin abidəsi və Heydər Əliyev muzeyi ziyarət olunub<font color=red> - FOTOLAR</font> Ümummilli Liderin abidəsi və Heydər Əliyev muzeyi ziyarət olunub<font color=red> - FOTOLAR</font> Ümummilli Liderin abidəsi və Heydər Əliyev muzeyi ziyarət olunub<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, dekabrın 17-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin yeni təyin olunmuş sədri Aidə Hüseyn Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.

Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub. Muzeydə Ulu Öndərin zəngin dövlətçilik irsi, çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən mənalı ömrünün Naxçıvan mərhələsi haqqında ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, burada Ulu Öndərin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid sənəd və materiallar, imzaladığı məktub, qərar, sərəncam və müqavilələrin surətləri nümayiş olunur.

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM