satellite   Azerspace-1: 11135 H 30000

Ötən il 90 erkən evliliyə cəhd faktı müəyyən edilib

Ötən il 90 erkən evliliyə cəhd faktı müəyyən edilib

Həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə ötən il 90 erkən evliliyə cəhd faktı müəyyən edilərək, 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

NTV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 2025-ci ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında məlumat verilib.

Bildirilib ki, 5 valideyn və 41 aidiyyəti şəxs barədə inzibati tənbeh tətbiq edilib, daha 57 şəxslə profilaktik iş aparılıb. Həmçinin 15 qızqaçırma faktı üzrə Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanılaraq, 32 şəxs haqda müvafiq məsuliyyət tədbirləri görülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM