satellite   Azerspace-1: 11135 H 30000

Şahbaz Şərif: İslamabad və Bakı ikitərəfli münasibətləri yeni səviyyəyə çıxaracaq

Şahbaz Şərif: İslamabad və Bakı ikitərəfli münasibətləri yeni səviyyəyə çıxaracaq

Azərbaycan və Pakistan dəyişməz dostluq və strateji tərəfdaşlığa sadiq olduqlarını, həmçinin iqtisadiyyat, investisiya və ticarət sahələrində əməkdaşlığı genişləndirərək ikitərəfli münasibətləri yeni səviyyəyə yüksəltmək niyyətində olduqlarını təsdiqləyiblər.

NTV xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığının yekunlarına dair yazıb.

"Bu gün mənim əziz qardaşım, Prezident İlham Əliyevlə səmimi telefon danışığım oldu. Biz Pakistan və Azərbaycan arasında möhkəm dostluğu və strateji tərəfdaşlığı, eləcə də güclü ikitərəfli əlaqələrimizi daha sıx iqtisadi, investisiya və ticarət əməkdaşlığına çevirmək əzmimizi təsdiqlədik", - Şərif qeyd edib.

Pakistan lideri həmçinin vurğulayıb ki, Azərbaycanın "ASAN xidmət" modeli əsasında yaradılmış Pakistandakı "Asaan Khidmat" şəbəkəsinin genişləndirilməsinə hərtərəfli dəstək göstərməyə razılıq verdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Şərif əlavə edib ki, telefon danışığı zamanı tərəflər regional hadisələr ətrafında fikir mübadiləsi aparıb dialoqa, sülhə və sabitliyə sadiq olduqlarını təsdiqləyiblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM