satellite   Azerspace-1: 11135 H 30000

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

“İsayas” qasırğası ABŞ-nin Florida ştatının Destin şəhəri yaxınlığında sahilə çatıb.

NTV xəbər verir ki, ikinci kateqoriyalı qasırğa oktyabrın 9-da yerli Şərq vaxtilə 20:30 radələrində sahilə daxil olub. Qasırğanın mərkəzində küləyin sürəti saatda 105 milə (təxminən 169 kilometrə) çatıb.

Florida və Alabama ştatlarının sahilyanı ərazilərində on minlərlə sakin məcburi təxliyə göstərişinin əhatə dairəsinə düşüb.

Ölkənin cənubundakı bir neçə ştatda 500 mindən çox abonent elektrik enerjisiz qalıb.

Bu, 2024-cü il oktyabrın 9-da Florida ştatının Tampa şəhərinin cənubunda sahilə çatan üçüncü kateqoriyalı “Milton” qasırğasından sonra ABŞ-də qeydə alınan ilk qasırğa səviyyəli sahilə çıxma hadisəsidir. Həmin vaxt küləyin sürəti saatda 193 kilometrə çatmışdı.

“İsayas” 2026-cı ilin Atlantik mövsümündə indiyədək qeydə alınmış ilk və yeganə qasırğadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM