satellite   Azerspace-1: 11135 H 30000

"Barselona"nın baş məşqçisi Yamalı gələcəyin ən yaxşı futbolçusu adlandırıb

"Barselona"nın baş məşqçisi Yamalı gələcəyin ən yaxşı futbolçusu adlandırıb

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik hesab edir ki, komandanın hücumçusu Lamin Yamal dünyanın ən yaxşı futbolçusu ola bilər, hətta o, artıq bu ada layiqdir.

NTV "Mundo Deportivo"ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis İspaniya çempionatının VIII turunda "Xetafe" ilə matçdan əvvəl bu barədə danışıb.

"O, dünyanın ən yaxşı futbolçusu olacaq, əgər artıq belə deyilsə. Onun işə münasibəti, psixoloji hazırlığı və hər gün daha da inkişaf etmək istəyi məhz lazım olan keyfiyyətlərdir. Hazırda o, düzgün istiqamətdə irəliləyir və mən bundan çox məmnunam", - Flik qeyd edib.

Yamal cari mövsümdə "Barselona"nın heyətində bütün turnirlərdə 8 oyun keçirib, 8 qol vurub və 6 məhsuldar ötürmə verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM