Çili sahilləri yaxınlığında JetSMART aviaşirkətinə məxsus sərnişin təyyarəsi fövqəladə vəziyyət siqnalı verib.
NTV xəbər verir ki, bu barədə “Cedar News” məlumat yayıb.
Məlumata görə, Santyaqodan Perunun Truxilyo şəhərinə uçan JA850 reysi havaya qalxdıqdan sonra ümumi fövqəladə vəziyyəti bildirən 7700 transponder kodunu aktivləşdirib. Bundan sonra təyyarə istiqamətini dəyişərək Santyaqoya doğru geri dönməyə başlayıb.
Hadisənin səbəbi hələlik açıqlanmayıb. Aviaşirkət və aviasiya orqanları tərəfindən rəsmi məlumat verilməyib.
