satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

Böyük Britaniyada qışın sonuna qədər qaz ehtiyatlarının tamamilə tükənə biləcəyi barədə xəbərdarlıq edilib.

NTV “The Telegraph”a istinadla xəbər verir ki, Avropa Qaz Ötürmə Sistemi Operatorları Şəbəkəsinin (ENTSOG) yayımladığı yeni hesabata əsasən, qarşıdakı aylarda ölkədə sərt qış şəraiti hökm sürərsə, qaz anbarlarındakı ehtiyatlar tamamilə tükənə bilər.

Hesabatda bildirilir ki, Böyük Britaniyanın daxili ehtiyatları azaldıqda istifadə etdiyi Avropa İttifaqının qaz anbarlarında da ehtiyatlar azalır. Bu vəziyyət ölkəni ABŞ-dan daha baha qiymətə mayeləşdirilmiş təbii qaz idxal etməyə məcbur edə bilər. Nəticədə ev təsərrüfatlarının enerji xərclərinin artacağı gözlənilir.

ENTSOG-un proqnozlarına görə, Böyük Britaniya qaz böhranına qarşı ən həssas ölkələrdən biridir. Hesabatda Avropa İttifaqının da oxşar risklə üzləşdiyi vurğulanır. Proqnozlara əsasən, Aİ-də qaz ehtiyatlarının səviyyəsi təhlükəsiz hesab edilən minimum 30 faizlik həddən xeyli aşağı düşə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM