satellite   Azerspace-1: 11135 H 30000

İraq Suriya ilə sərhəd boyunca beton divarın tikintisini yekunlaşdırır

İraq Suriya ilə sərhəd boyunca beton divarın tikintisini yekunlaşdırır

İraq Suriya ilə sərhəd boyunca beton divarın tikintisini yekunlaşdırmaq üzrədir.

NTV xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin Baş Komandanının sözçüsü Sabah ən-Numan bu gün İraq Xəbər Agentliyinə bildirib: “Silahlı Qüvvələrin Baş Komandanı Suriya ilə beton divarın tikintisinin başa çatdırılması ilə bağlı göstəriş verib və hazırda işlərin 80 faizi tamamlanıb”.

Vurğulanır ki, divar termal kameralarla təchiz olunub və bununla yanaşı, sərhədboyu tikanlı məftillər qurulub və xəndəklər qazılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM