satellite   Azerspace-1: 11135 H 30000

İş yoldaşının kartından oğurluq edən şəxs saxlanılıb

İş yoldaşının kartından oğurluq edən şəxs saxlanılıb

Qaradağ rayonu ərazisində bir nəfərin bank kartından 1200 manat pul oğurlanıb. Bu barədə zərərçəkən polisə müraciət edib.

Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı N.Ataşov müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NTV-yə bildirilib ki, araşdırma zamanı saxlanılan şəxsin zərərçəkənin iş yoldaşı olduğu və onun telefonundan mobil tətbiq vasitəsilə ödənişi öz hesabına köçürdüyü müəyyən edilib.

Araşdırma davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM