satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda avtomobillər toqquşub, altı nəfər xəsarət alıb

Naxçıvanda avtomobillər toqquşub, altı nəfər xəsarət alıb

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib, 6 nəfər xəsarət alıb.

NTV xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistral yolunun Babək rayonunun Çeşməbasar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "NAZ-Lifan" markalı avtomobillə "Xəzər" markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər; - 2012-ci il təvəllüdlü Zahid Əliyev, 2003-cü il təvəllüdlü Elcan Rəhimli, 2010-cu il təvəllüdlü Salman Əliyev, 1986-cı il təvəllüdlü Şəhanə Əliyeva, 2012-ci il təvəllüdlü Ayla Əliyeva və 1993-cü il təvəllüdlü Turqut Əlibəyli müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM