satellite   Azerspace-1: 11135 H 30000

FHN: Ötən həftə 166 yanğına çıxış olub, 54 nəfər xilas edilib

FHN: Ötən həftə 166 yanğına çıxış olub, 54 nəfər xilas edilib

Ötən həftə ərzində 166 yanğına çıxış olub.

NTV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi ötən həftənin xronikasında məlumat yayıb. Bildirilib ki, 41 halda köməksiz vəziyyətdə qalma, 1 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 9-u azyaşlı olmaqla 54 nəfər xilas edilib, 2 nəfər xəsarət alıb, hadisələr zamanı 7 nəfər həyatını itirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM