satellite   Azerspace-1: 11135 H 30000

ANAMA əməkdaşının Kambocada ölümü ilə bağlı məlumat yayıb

ANAMA əməkdaşının Kambocada ölümü ilə bağlı məlumat yayıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) minaaxtaran it bələdçilərindən biri Orxan Məhərrəmov humanitar minatəmizləmə fəaliyyətinə dair beynəlxalq təlimlərə qatılmaq üçün səfərdə olduğu Kambocada vəfat edib.

Qurumdan NTV-yə verilən məlumatda bildirilib ki, mərhum səhhətində yaranan kəskin problemlə əlaqədar cari ilin yanvarın 14-də Malayziyada xəstəxanaya yerləşdirilib, yanvarın 18-də isə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və yanvarın 25-də vəfat edib.

Vurğulanıb ki, ANAMA-nın əməkdaşları bir neçə gün öncə məsələ ilə bağlı Malayziyaya ezam olunublar. Hazırda Orxan Məhərrəmovun nəşinin ölkəyə gətirilməsi üçün Azərbaycanın Malayziyadakı səfirliyinin dəstəyi və beynəlxalq təlimin təşkilatçıları ilə koordinasiya etməklə müvafiq tədbirlər həyata keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM