satellite   Azerspace-1: 11135 H 30000

MEDİA: Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa səsləyirik

MEDİA: Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa səsləyirik

Sosial şəbəkə platformalarında fəaliyyət göstərən bir sıra hesablar vasitəsilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adından “deepfake” texnologiyası tətbiq olunmaqla hazırlanmış, reallığı əks etdirməyən və saxta məzmunlu video yayılıb.

Medianın İnkişafı Agentliyindən NTV-yə bildiriblər ki, süni intellektin köməyi ilə hazırlanmış, ictimai rəyi çaşdırmağa yönələn bu dezinformasiya nümunəsi Azərbaycan və Türkiyə arasında olan münasibətləri zədələməyə, iki qardaş ölkə arasında mövcud olan strateji müttəfiqliyə xələl gətirməyə və qarşılıqlı etimadı sarsıtmağa xidmət edir.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deepfake” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.

Eyni zamanda, sosial şəbəkə platformalarının sahiblərini və müvafiq qurumları zərərli və saxta məzmunun operativ şəkildə aradan qaldırılması, bu tip halların qarşısının alınması üçün effektiv mexanizmlərin tətbiqi istiqamətində tədbirlər görməyə dəvət edirik.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM