İşgaldan azad edilmiş ərazilərdə 8 mindən çox vətəndaşımız işlə təmin olunub. 742 nəfərin isə məşğulluq proqramlarına cəlb edilməsi həyata keçirilir.
NTV xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov 2025-ci ilin yekunlarına və 2026-cı ilin hədəflərinə həsr olunan mətbuat konfransında deyib.
O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə vətəndaşlarımızın 58 faizi dövlət, 42 faizi isə özəl sektorda çalışmaqdadır. Peşə hazırlığına cəlb edilən vətəndaşların sayı isə 360-a çatır. 2025-ci idə işğaldan azad olunmuş ərazilərdə 18 əmək yarmarkası da təşkil edilib.
