satellite   Azerspace-1: 11135 H 30000

İdxal olunan qurudulmuş yemiş və halva məhsullarında uyğunsuzluq aşkarlanıb - FOTOLAR

İdxal olunan qurudulmuş yemiş və halva məhsullarında uyğunsuzluq aşkarlanıb<font color=red> - FOTOLAR</font> İdxal olunan qurudulmuş yemiş və halva məhsullarında uyğunsuzluq aşkarlanıb<font color=red> - FOTOLAR</font> İdxal olunan qurudulmuş yemiş və halva məhsullarında uyğunsuzluq aşkarlanıb<font color=red> - FOTOLAR</font> İdxal olunan qurudulmuş yemiş və halva məhsullarında uyğunsuzluq aşkarlanıb<font color=red> - FOTOLAR</font>

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Səbinə Mansur qızı Rzayevanın Özbəkistandan idxal etdiyi “İmronxon Umarxon Biznes” şirkətinin istehsalı olan 1008 kiloqram qurudulmuş yemiş və “İspanza Oq Kishmish Uzumlari” şirkətinin istehsalı olan 288 kiloqram halva məhsulundan götürülən nümunələrin müayinəsi nəticəsində kif və maya göbələkləri göstəricisi üzrə uyğunsuzluq aşkar ediblər.

Bu barədə NTV-yə agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə müvafiq qərar qəbul olunub.

Sahibkarların müraciəti əsasında məhsul partiyaları məhv edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM