satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda 5 nəqliyyat vasitəsi hərrac yolu ilə özəlləşdirilib - FOTOLAR

Naxçıvanda 5 nəqliyyat vasitəsi hərrac yolu ilə özəlləşdirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda 5 nəqliyyat vasitəsi hərrac yolu ilə özəlləşdirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda 5 nəqliyyat vasitəsi hərrac yolu ilə özəlləşdirilib<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın dövlət qurumlarına məxsus 15 nəqliyyat vasitəsinin özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib.

5 nəqliyyat vasitəsinin hərracında iştirak etmək üçün 7 sifarişçi qeydiyyatdan keçib. Rəqabətli keçən prosesdə nəqliyyat vasitələri üzrə 5 qalib müəyyənləşdirilib. 

Digər 10 nəqliyyat vasitəsinə isə sifariş olmadığından həmin hərraclar baş tutmamış hesab edilib.

Qeyd edək ki, nəqliyyat vasitələrinin özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 12 fevral 2026-cı il tarixdə keçiriləcəkdir. Keçiriləcək hərraclarla bağlı ətraflı məlumatı Əmlak Məsələləri Dövlət Xidmətinin (http://nemlak.gov.az/az/) və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin (http://nauksion.gov.az) rəsmi saytlarından əldə etmək olar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM