satellite   Azerspace-1: 11135 H 30000

Nazir müavini: "Naxçıvanda yeni elektrobuslar istismara veriləcək"

Nazir müavini: "Naxçıvanda yeni elektrobuslar istismara veriləcək"

Bu il Naxçıvanda yeni elektrik avtobusların istismara verilməsi planlaşdırılır.

NTV xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.

Onun sözlərinə görə, ölkədə avtobus parkı yenilənir: "Bu il Naxçıvan Muxtar Respublikasında yeni avtobusların istismara verilməsi planlaşdırılır. Burada elektrik avtobuslarının istismara verilməsi nəzərdə tutulub. Bundan başqa, azad edilmiş ərazilərdə yeni avtobusların istismara veriləcəyi gözlənilir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM