satellite   Azerspace-1: 11135 H 30000

Təhsil müəssisələrində uşaqlara ödənişsiz psixoloji yardım göstəriləcək

Təhsil müəssisələrində uşaqlara ödənişsiz psixoloji yardım göstəriləcək

Təhsil müəssisələrində uşaqlara ödənişsiz psixoloji yardım göstəriləcək.

NTV-nin məlumatına görə, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrində uşaqlara qanuna uyğun olaraq ödənişsiz tibbi və psixoloji yardım göstəriləcək.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, sağlamlıq imkanları məhdud uşaqların növbədənkənar, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada tibbi və defektoloji, habelə “Psixoloji yardım haqqında” qanun ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq hüququ var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM