satellite   Azerspace-1: 11135 H 30000

Ötən il ölkə ərazisində qeydə alınan cinayətlərin sayı açıqlanıb

Ötən il ölkə ərazisində qeydə alınan cinayətlərin sayı açıqlanıb

Keçən il ölkə ərazisində 31 min 852 cinayət qeydə alınmaqla onların 90,5 faizinin açılması təmin edilib.

NTV xəbər verir ki, bu barədə yanvarın 28-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Prokurorluğu orqanları tərəfindən 2025-ci ildə qanunla prokurorluq orqanlarının səlahiyyətinə aid bütün fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında məlumat verilib.

Bildirilib ki, ümumilikdə ölkə üzrə cəmi 15 min 766 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 1063-ü prokurorluq orqanlarında istintaq edilib.

Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 700, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 11 min 934 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib. İbtidai istintaqı tamamlanmış cinayət işləri və bəraətverici əsaslar olmadan rədd edilmiş materiallar üzrə ümumilikdə 435 milyon 191 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 59,5 faizinin, yəni 259 milyon 95 min manat hissəsinin ödənilməsinə nail olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM