satellite   Azerspace-1: 11135 H 30000

Qarabağa avtobuslarla səfər edənlərin sayı təxminən 50 % artıb

Qarabağa avtobuslarla səfər edənlərin sayı təxminən 50 % artıb

Ötən il Qarabağ iqtisadi rayonuna avtobuslarla 6 632 sərnişin səfər edib.

Bu barədə NTV-yə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 4 482 sərnişin və yaxud 1,5 dəfə çoxdur.

2025-ci ildə Qarabağ iqtisadi rayonuna 608 avtobus reysi həyata keçirilib. Bu isə 2024-cü illə müqayisədə 412 reys və yaxud 3,1 dəfə çoxdur.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM