satellite   Azerspace-1: 11135 H 30000

Səlahiyyətli nümayəndə Sədərək rayon ictimaiyyətinin ağsaqqalları ilə görüşüb - FOTOLAR

Səlahiyyətli nümayəndə Sədərək rayon ictimaiyyətinin ağsaqqalları ilə görüşüb<font color=red> - FOTOLAR</font> Səlahiyyətli nümayəndə Sədərək rayon ictimaiyyətinin ağsaqqalları ilə görüşüb<font color=red> - FOTOLAR</font> Səlahiyyətli nümayəndə Sədərək rayon ictimaiyyətinin ağsaqqalları ilə görüşüb<font color=red> - FOTOLAR</font> Səlahiyyətli nümayəndə Sədərək rayon ictimaiyyətinin ağsaqqalları ilə görüşüb<font color=red> - FOTOLAR</font> Səlahiyyətli nümayəndə Sədərək rayon ictimaiyyətinin ağsaqqalları ilə görüşüb<font color=red> - FOTOLAR</font> Səlahiyyətli nümayəndə Sədərək rayon ictimaiyyətinin ağsaqqalları ilə görüşüb<font color=red> - FOTOLAR</font> Səlahiyyətli nümayəndə Sədərək rayon ictimaiyyətinin ağsaqqalları ilə görüşüb<font color=red> - FOTOLAR</font> Səlahiyyətli nümayəndə Sədərək rayon ictimaiyyətinin ağsaqqalları ilə görüşüb<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, yanvarın 28-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Sədərək rayon ictimaiyyətinin ziyalıları və ağsaqqalları ilə görüş keçirib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Sədərək rayonunda ucaldılmış abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri qoyulub.

Sədərək Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən görüşdə Səlahiyyətli nümayəndə Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sədərək rayonuna daim xüsusi qayğı göstərdiyini diqqətə çatdırıb.

Sədərək rayonunun qəhrəmanlıq tarixinə malik bir diyar olduğu vurğulanıb. “Vətən sərhəddən başlayır” prinsipinin məhz Sədərək rayonunun tarixi və qəhrəmanlıq salnaməsində öz real təcəssümünü tapdığı xüsusi olaraq qeyd edilib. 1990-cı illər də rayon sakinlərinin böyük fədakarlıqlar göstərərək şəhidlər verməsi, düşmənə qarşı mübarizə apararaq mərdliklə dayanması xatırlanıb. 

Görüşdə rayon ictimaiyyətini maraqlandıran məsələlər, Sədərək rayonunun sosial-iqtisadi inkişaf perspektivləri və onların həlli istiqamətində bir sıra məsələlər müzakirə olunub. Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş müvafiq Dövlət Proqramı çərçivəsində Sədərək rayonunun Heydərabad qəsəbəsi, Sədərək və Qaraağac kəndlərinin su təchizatı və kanalizasiya sistemlərinin qurulması məqsədilə ümumi dəyəri 7.6 milyon manat podrat müqaviləsinin bağlandığı və işlərin yaxın vaxtlarda başlanacağı, eləcə də dövlət başçısının tapşırıqlarına uyğun olaraq rayonun suvarma infrastrukturunun yenidən qurulması məqsədilə ötən ay ərzində təkliflərin hazırlandığı və “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Komissiyada baxıldığını, rayonun əsas təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin fəaliyyətinin daim diqqətdə olduğuna dair məlumatlar səlahiyyətli nümayəndə tərəfindən rayon ictimaiyyətinin ziyalıları və ağsaqqallarının diqqətinə çatdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM