satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda avtomobil işıq dirəyinə çırpılıb, iki nəfər xəsarət alıb

Naxçıvanda avtomobil işıq dirəyinə çırpılıb, iki nəfər xəsarət alıb

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

NTV xəbər verir ki, hadisə şəhərin Azadlıq küçəsində qeydə alınıb. Belə ki, 99-UT-369 dövlət nömrə nişanlı “BAIC A115” markalı avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılaraq aşıb. Qəza zamanı xəsarət alan Asim Rasim oğlu Nağıyev və Ceyran Abdulla qızı Nağıyeva Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM