satellite   Azerspace-1: 11135 H 30000

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Estoniya Müdafiə İnvestisiyaları Mərkəzi 195 milyon avro məbləğində silah, sursat və onların komponentlərinin satın alınması ilə bağlı tender elan edib. Tender çərçivəsində, həmçinin təlim və hazırlıq proqramlarının həyata keçirilməsi nəzərdə tutulur.

NTV xəbər verir ki, tenderin şərtlərinə əsasən, Müdafiə İnvestisiyaları Mərkəzi 40 və 23 millimetrlik silahların, həmçinin 76, 40 və 23 millimetrlik sursatların tədarükü üzrə çərçivə müqaviləsi bağlamaq niyyətindədir. Bundan əlavə, müxtəlif komplektləşdirici hissələr alınacaq, istismar müddəti ərzində təlim və texniki xidmət göstərilməsi də sifariş olunacaq.

Məhsullar Avropa İttifaqı və ya NATO ölkələrində istehsal edilməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM