satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanda Birinci Türk xaqanlığı dövrünə aid qədim şəhər yeri aşkar edilib

Qazaxıstanda Birinci Türk xaqanlığı dövrünə aid qədim şəhər yeri aşkar edilib

Əl-Fərabi adına Qazax Milli Universitetinin arxeoloqları Şərqi Qazaxıstan vilayətində sahəsi 25 hektardan çox olan qədim Kaljır şəhər yerini aşkar ediblər.

NTV universitetin mətbuat xidmətinə istinadla xəbər verir ki, arxeoloji tapıntılara və radiokarbon analizinin nəticələrinə əsasən, abidə eramızın VI–VII əsrlərinə aid edilir. İlkin məlumatlara görə, şəhərin salınması Birinci Türk xaqanlığı dövrü ilə bağlıdır.

Qazıntılar zamanı istehkam qurğularının və tikililərin qalıqları, keramika nümunələri, yanmış buğda və paxlalı bitki dənələri, həmçinin içərisində cingilti yaradan hissəsi olan nadir keramika quş fiquru aşkar edilib.

Bundan əlavə, arxeoloqlar ərazidə Son Tunc dövrünə aid kereksur tipli dəfn qurğusu da tapıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM