satellite   Azerspace-1: 11135 H 30000

Səudiyyə Ərəbistanı, Oman, Küveyt və Bəhreyn vətəndaşları Azərbaycana il ərzində üç dəfə vizasız gələ biləcəklər

Səudiyyə Ərəbistanı, Oman, Küveyt və Bəhreyn vətəndaşları Azərbaycana il ərzində üç dəfə vizasız gələ biləcəklər

Səudiyyə Ərəbistanı Krallığının, Oman Sultanlığının, Küveyt Dövlətinin və Bəhreyn Krallığının vətəndaşları Azərbaycan Respublikasının ərazisinə bir il ərzində üç dəfə vizasız daxil ola biləcəklər. Bu il fevralın 15-dən tətbiq olunmağa başlanan yeni qayda 2027-ci il fevralın 15-dək qüvvədə qalacaq. Hər bir gəliş zamanı ölkədə qalma müddəti 30 günə qədərdir. Adı çəkilən dövlətlərin vətəndaşları il ərzində dördüncü gəlişlərində keçərli viza təqdim etməlidirlər.

NTV xəbər verir ki, bu barədə məlumat sözügedən dövlətlərin XİN-lərinin rəsmi internet saytlarında yerləşdirilib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM