satellite   Azerspace-1: 11135 H 30000

Yanvar ayında Azərbaycanda qeydiyyat üçün 23 mindən çox əcnəbi müraciət edib Daxili siyasət

Yanvar ayında Azərbaycanda qeydiyyat üçün 23 mindən çox əcnəbi müraciət edib Daxili siyasət

Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı yanvar ayında 23 046 əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib.

Bu barədə NTV-yə  Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Bildirilib ki, onlardan 12 360-ı birbaşa, 10 686-ü isə elektron qaydada müraciət ediblər.

Ötən ay ərzində 5934 nəfərin Azərbaycanda yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı, 79 nəfərin isə vətəndaşlıq məsələləri ilə bağlı müraciəti qeydə alınıb.

Sözügedən dövrdə 586 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı DMX-yə müraciət ünvanlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM