satellite   Azerspace-1: 11135 H 30000

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rəsul Ağayev Sabirabadda torpağa tapşırılıb - FOTOLAR

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rəsul Ağayev Sabirabadda torpağa tapşırılıb<font color=red> - FOTOLAR</font> Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rəsul Ağayev Sabirabadda torpağa tapşırılıb<font color=red> - FOTOLAR</font> Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rəsul Ağayev Sabirabadda torpağa tapşırılıb<font color=red> - FOTOLAR</font> Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rəsul Ağayev Sabirabadda torpağa tapşırılıb<font color=red> - FOTOLAR</font> Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rəsul Ağayev Sabirabadda torpağa tapşırılıb<font color=red> - FOTOLAR</font> Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rəsul Ağayev Sabirabadda torpağa tapşırılıb<font color=red> - FOTOLAR</font> Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rəsul Ağayev Sabirabadda torpağa tapşırılıb<font color=red> - FOTOLAR</font>

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rəsul Babaxan olu Ağayev Sabirabad rayon Nərimankənd kənd qəbiristanlığında dəfn olunub.

NTV  xəbər verir ki, əvvəlcə Nərimankənd kəndində şəhidlə vida mərasimi olub, cənazə namazı qılınıb. Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Vida mərasimindən sonra Rəsul Ağayev hərbi orkestrin və yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.

Qeyd edək ki, Rəsul Ağayev 1968-ci ildə Nərimankənd kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanıb. 1992-ci il Sırxavənd kəndi (Ağdərə) istiqamətində gedən döyüşlərdə itkin düşüb. Rəsul Ağayev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan şəhidlərdən biridir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM