satellite   Azerspace-1: 11135 H 30000

Bakıxanov qəsəbəsində yaşayış evi çöküb, xəsarət alan var

Bakıxanov qəsəbəsində yaşayış evi çöküb, xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gəray Əsədov küçəsində fərdi yaşayış evində çökmə baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən NTV-yə bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, torpaq uçqunu səbəbindən fərdi yaşayış evinin bir hissəsinin çökməsi nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Günel Etibar qızının müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında qaldığı müəyyən edilib.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə dağıntı altında qalan vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

08:59 07.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM