satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb

Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb

Türkiyənin Şanlıurfa şəhərində Azərbaycan Bulvarı istifadəyə verilib.

NTV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfa Şəhər Xəstəxanasının açılış mərasimində deyib.

"Bu gün şəhər xəstəxanasına və birləşdirici yollara əlavə olaraq, 2,5 kilometr uzunluğundakı Azərbaycan Bulvarı müxtəlif səviyyəli yol qovşağını da açırıq", - o bildirib.

Ərdoğanın sözlərinə görə, bu, nəqliyyatın sıxlığını azaltmağa kömək edəcək:

"Qovşağın inşasında əməyi olan nazirliyimizi və podratçı firmalarımızı təbrik edirəm".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM