satellite   Azerspace-1: 11135 H 30000

Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib

Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib

ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib.

NTV xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb.

Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır.

"Sahil Mühafizəsi göyərtəsində altı nəfər olan "Gulfstream" təyyarəsinin axtarışlarını aparır. ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi şənbə günü səhər saatlarında hava gəmisi ilə əlaqənin itdiyini bildirib, - paylaşımda qeyd olunur. Axtarışlar Nantaket sahillərində aparılır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM