İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sabiq sədri Zaur Əliyev bu gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.
Bu barədə NTV-nin sorğusuna cavab olaraq ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Xatırladaq ki, bu ilin mart ayının 19-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib.
Qeyd edək ki, bu barədə ilk məlumatı Bakupost.az saytı paylaşıb.
