satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda ilin ilk üç ayında 98 qida zəhərlənməsi qeydə alınıb

Naxçıvanda ilin ilk üç ayında 98 qida zəhərlənməsi qeydə alınıb

Naxçıvan Muxtar Respublikasında (MR) 2026-cı ilin ilk üç ayı ərzində qida zəhərlənməsi ilə bağlı 98 müraciət daxil olub.

Naxçıvan MR Qida Təhlükəsizliyi Agentliyindən NTV-yə verilən məlumata görə, daxil olan müraciətlər əsasında araşdırmalar aparılıb və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Bildirilib ki, zəhərlənmə hallarının böyük əksəriyyəti məişət şəraitində baş verib. Belə ki, hadisələrin təxminən 80 faizi əsasən ev şəraitində konservləşdirilmiş pomidor, xiyar turşusu, çiriş bitkisi və istifadə qaydalarına düzgün əməl olunmayan digər qida məhsullarından qaynaqlanıb.

Eyni zamanda, yoxlamalar zamanı insan həyatı və sağlamlığı üçün təhlükə yaradan nöqsanlar aşkarlanıb, 1 qida obyektinin fəaliyyəti müvəqqəti dayandırılıb. Nöqsanlar aradan qaldırıldıqdan sonra həmin obyektin fəaliyyəti bərpa olunub.

Restoran və kafelərdə aparılan nəzarət tədbirləri çərçivəsində isə 17 ictimai iaşə müəssisəsində sanitar-gigiyenik norma və qaydaların pozulduğu müəyyən edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Livanda matəm elan olunub

09:46 09.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM