satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanın ombudsmanı haqqında qanun ləğv olunub

Naxçıvanın ombudsmanı haqqında qanun ləğv olunub

"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan MR-in qanun ləğv edilib.

NTV xəbər verir ki, bu barədə qərar muxtar respublika Ali Məclisinin aprelin 10-da keçirilən iclasında qəbul olunub.

Müzakirə zamanı qeyd edilib ki, "Naxçıvan Muxtar Respublikası Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının müvafiq maddələrindən Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili ilə bağlı müddəalar çıxarılıb.

Bu səbəbdən, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun ləğv edilməsi zərurəti yaranıb.

Daha sonra müvafiq qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM