satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan şəhərinin bəzi ərazilərində işıq olmayacaq

Naxçıvan şəhərinin bəzi ərazilərində işıq olmayacaq

Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

NTV-nin məlumatına görə, bu gecə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinə verilən sifariş əsasında 110/10 kV-luq "Koroğlu" yarımstansiyası təmirə çıxarılacaq. Bununla əlaqədar olaraq, həmin yarımstansiyadan qidalanan ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Nəticədə şəhərin Bahadur Abbasov, İdris Məmmədov, Sabir, Yunis Məmmədov, Qoçüstü, Çənlibel və Yeni Naxçıvan yaşayış massivlərində, eləcə də şəhərin 6, 9, 10 və 11-ci məhəllələrində saat 02:00-dan 05:00-dək elektrik enerjisinin verilməsində fasilə yaranacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM