satellite   Azerspace-1: 11135 H 30000

İki gündə qanunsuz saxlanılan 7 avtomat, 1 pulemyot aşkarlanıb

İki gündə qanunsuz saxlanılan 7 avtomat, 1 pulemyot aşkarlanıb

İki gün ərzində xeyli sayda qanunsuz saxlanılan silah-sursat aşkarlanıb.

Bu barədə NTV-yə  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aprelin 11-də və 12-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 7 avtomat silahı, 1 pulemyot, 1 tapança, 2 qumbara, 3 alışdırıcı, 19 patron darağı və 526 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

10:07 13.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM