satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda əl işlərinin elektron satışından əldə edilən gəlirlərə vergi yoxlaması tətbiq ediləcək

Azərbaycanda əl işlərinin elektron satışından əldə edilən gəlirlərə vergi yoxlaması tətbiq ediləcək

İqtisadiyyat Nazirliyinin Kollegiyası "Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edib.

NTV xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elektron ticarət qaydasında əl işlərinin satışından əldə edilən gəlirlərdən xərclər çıxılmadan 2 % dərəcə ilə vergi tutulmaları ilə bağlı vergi orqanına bəyannamə təqdim edəcək.

Həmçinin bu satışlarla bağlı Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən kənar qaydada kameral və səyyar vergi yoxlamaları aparılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM